Energetika
30.07.2021 / 13:26
Türkiyə Azərbaycan qazının idxalını azaldıb
16297
Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycandan 4 355,89 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3,8% azdır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi məlumat yayıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-may aylarında Azərbaycandan 4 527,39 mln. kubmetr qaz idxal edib.
Cari ilin may ayında Türkiyə Azərbaycandan 426,72 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 51,6% azdır. May ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay