Mərkəzi Bankdan sərt addım: Bu dəfə azərbaycanlı milyarderin şirkəti cərimələnir
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun Azərbaycankı şirkətlərindən biri Mərkəzi Bank tərəfindən cərimələnir.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, milyarderin atasının adını daşıyan şirkət Teymur Əhmədov Adına “Aznar” Qapalı Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 29 iyul 2021-ci il tarixdə, Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə İbrahim Fəttahov hakim təyin edilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
Bundan öncə isə AMB, Rusiyada yaşayan daha bir Azərbaycan əsilli milyarder – Araz Ağalarovun şirkəti ilə bağlı eyni inzibati cərimə protokolu tərtib etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay