BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
16232

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. 

Maraqlıdır, görəsən, ötən il ilə müqayisədə builki nəticələr necədir? 
Son 2 il pandemiyaya təsadüf edən qəbul imtahanına onlayn dərslərin nə kimi təsiri oldu?

Valyuta.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a pandemiyanın qəbul imtahanlarına birmənalı şəkildə təsir etdiyini söyləyib:

“Məhz bunun nəticəsi olaraq, nə II, nə də III ixtisas qrupunda 700 bal toplayan olmadı. Bu onlayn tədris zamanı bir sıra fənnlərin öyrədilməsində ciddi problemlərin olduğunu göstərdi. 

Düzdür, yüksək bal toplayan olmasa da, 250-500 bal arası toplayanlar xüsusən II ixtisas qrupu üzrə daha çox oldu. II ixtisas qrupundan olan abituriyentlərin bu nəticələrinə əsasən demək olar ki, artıq ali təhsil müəssisələrinə qəbul olublar. II ixtisas qrupunun abituriyentləri daha şanslıdırlar. Çünki onlar 150 bal ilə dövlət ali təhsil müəssisələrinə qəbul olma şansına malikdirlər. III ixtisas qrupunda vəziyyət yenidən gərgindir. Xüsusən də 250-350 bal arası toplayan abituriyentlərin ali məktəblərə qəbul olma şansı bir qədər məhduddur. Onların hər biri ixtisas seçimində diqqətli olmalıdırlar”.

Ekspert onlayn tədris zamanı riyaziyyat fənninin keyfiyyətli keçilmədiyini bildirib: 

“Onlayn dərs zamanı şagirdlər riyaziyyat fənnnin tədrisi ilə bağlı ciddi problemlər yaşadılar. Çünki onlayn dərs zamanı riyaziyyat fənnin tədrisi keyfiyyətli deyildi. 

Blok imtahanından 400 bal toplayan abituriyent attestat imtahanından maksimum nəticə qazana bilmədi. Bu məhz riyaziyyat fənninə görə idi. Bu da bir daha onu göstərir ki, onlayn dərslər heç də tədrisin əlçatanlığına gətirib çıxarmır. Çünki bütün ailələrin kompüteri, planşeti, telefonu, interneti yoxdur. 

Bəzi texniki və təbiət fənnləri var ki, onların onlayn qaydada tədrisi mümkün deyil. Bundan şagirdlərlə birlikdə müəllimlər və valideynlər də əziyyət çəkirlər. Ona görə də nəticə zəif olur”.

K.Əsədov növbəti tədris ilindən ənənəvi tədrisin qismən bərpa ediləcəyini qeyd edib: 

“Artıq 18 yaşdan yuxarı olan şəxslər sentyabrın 1-dən məcburi şəkildə vaksin olunmalıdırlar. Vaksin olunanların sayı demək olar ki, 4 milyonu keçib. Bütün bunların xoş nəticə verəcəyini ümid verirəm. Və biz sentyabrdan ənənəvi tədrisin bərpa olunacağını gözləyirik. Düzdür 2020-ci ilin mart ayında dayandığımız yerdən yox, daha fərqli hibrid şəkildə başlamalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin