BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
16224

“Fakt Araşdırıcı-N” MMC-nin direktoru Zeynal Məmmədovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Valyuta.az-a Baş İdarədən məlumat verilib. 

İbtidai istintaqla müəyyən edilib ki, Zeynal Məmmədov qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxslərdən həmin Cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb. 

Eyni zamanda, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verməsi və pul vəsaitlərini leqallaşdırması ilə bağlı əsaslı şübhələr müəyyən edilib. 

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynal Məmmədova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması- təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin