Sosial
29.07.2021 / 10:48
BSU-nun həbs olunan şöbə müdirindən XƏBƏR VAR
16207
Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməsinin vaxtı məlum olub.
Valyuta.az Report.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 4-nə təyin edilib.
Məhkəmə prosesinə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Dürdanə Əliyeva barəsində BDU-nun tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay