BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
16206

“Bakı “Metropoliteni” QSC-nin stansiyalarında ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır. İstismar müddətini başa vuran tunel və stansiya ventilyatorlarının yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir.

Bu barədə Valyuta.az-a QSC-dən məlumat verilib. 

Bildirilir ki, avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb. Elə həmin il “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib. 

Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir.

Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. 

Yeni ventilyatorların iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”,  “Ulduz stansiyalarında,  “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb. 

Quraşdırma zamanı hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsinə, ümumiyyətlə, faydalı iş əmsalının yüksəldilməsi üçün hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə xüsusi diqqət yetirilib.

 İdarəetmə panelləri də quraşdırıldıqdan sonra istifadəyə verilmiş ventilyatorlar Bakı metropoliteni stansiya və tunellərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımdır.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Metroda hərəkət invervalında dəyişiklik edildi

Daha az məhsulla daha çox satış etmək olarmı?

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin yeni müavini təyin edildi

Milli Depozit Mərkəzi ilk dəfə olaraq səhmlər üzrə dividend ödənişlərini həyata keçirib

Bu təhsil sektoruna yeni müdir təyin edildi

Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı (FOTO)

Sabah pensiyalar tam ödəniləcək

Baş nazir Aİ-92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Şöbələr ləğv edildi- Nazirdən yeni təyinat

Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası®

Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi

Vaxt ayıra bilmədi, biznesini satışa çıxardı - QİYMƏT

Azərbaycanda güclü zəlzələ gözlənilir? (AÇIQLAMA)

50 illik analitik Piter Brandt "Bitcoin"də yeni zirvə üçün tarix və qiymət açıqladı

Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Qurban bayramı ərəfəsində bazarlardakı qiymətlər

Azərbaycan nefti bahalaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin