Xalis mənfəətin 85%-ə yaxını hansı bankların payına düşür - SİYAHI
ABB (Beynəlxalq Bank), PAŞA Bank, Kapital Bank, Xalq Bank və Bank Respublika Azərbaycanın ən böyük 5 banklarıdır. Bu bankların hər birinin aktivləri 1 milyard manatdan çoxdur. Azərbaycanda 26 bank fəaliyyət göstərir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Azərbaycandakı ən böyük 5 bank 2021-ci ilin ilk yarısında 311 milyon 935 min manat xalis mənfəət əldə ediblər. Bu, 2021-ci ilin ilk 6 ayında xalis mənfəət əldə etmiş 22 bankın cəmi 372 milyon 614 min manatlıq xalis mənfəətinin 84%-nə bərabərdir. Qısası, bank sektorunun xalis mənfəətinin 84%-i 5 bankın, 16%-i isə 17 bankın payına düşüb.
26 bankdan 4-ü cari ilin ilk yarısını zərər ilə başa vurublar. Bu bankların cəmi zərəri 6 milyon 300 min manatdır.
2021-ci ilin ilk yarısında ABB 148 milyon 150 min manat, PAŞA Bank 50 milyon 640 min manat, Kapital Bank 99 milyon 772 min manat, Xalq Bank 5 milyon 819 min manat, Bank Respublika isə 7 milyon 554 min manat xalis mənfəət əldə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay