"Deutsche Bank"ın xalis mənfəəti 15 dəfə artıb
2021-ci ilin birinci yarısında Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"ın xalis mənfəəti illik müqayisədə 15 dəfə artaraq 1,865 mlrd. avro təşkil edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə bankın maliyyə hesabatı hazırlanıb.
Məlumata görə, bankın bir səhmə düşən seyrəltilmiş mənfəəti 0,68 avro təşkil edib, halbuki ötən ilin eyni dövründə 0,13 avro zərər qeydə alınmışdı. Almaniya bankının gəliri isə illik 6,5% artaraq 13,471 mlrd. avroya çatıb.
2021-ci ilin təkcə II rübündə isə bankın xalis mənfəəti illik 13,5 dəfə artaraq 828 mln. avro təşkil edib. Bir səhmə düşən seyrəltilmiş mənfəət isə 0,21 avroya bərabər olub (ötən ilin eyni dövründə 0,15 avroluq zərər qeydə alınmışdı). Gəlir illik müqayisədə cüzi azalaraq 6,238 mlrd. dollara enib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay