SOCAR: Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Hava şəraitinin dəyişməsi ilə əlaqədar SOCAR-ın dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Valyuta.az xəbər verir ki, bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, açıq səthlərdə aparılan işlər dayandırılır, növbətçilik təşkil olunur.
“İşçilərin sahilə çıxarılmasına zərurət yaranmasa da, riskləri minimuma endirmək üçün 17 işçimizin yerinin özüllər arasında müvəqqəti dəyişməsi və ən təhlükəsiz məkanlarda yerləşdirilməsi məqsədəuyğun görülüb”, - İ.Əhmədov qeyd edib.
Xatırladaq ki, öncə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Agentlikdən verilən məlumata görə, iyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay