İntihar xəbəri nə qədər çox verilirsə, o qədər də artır - Psixoloq
"Xarici ölkələrin təcrübəsinə əsasən, nə qədər çox intihar xəbəri verilirsə, intiharlar da artır. Bu bizdə də belədir".
Valyuta.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bunu psixoloq Orxan Farəcli "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə bildirib.
O. Fərəcli qeyd edib ki, zaman-zaman intihar tezliklərində dəyişim müşahidə olunur:
"Təcrübələr göstərir ki, müharibə dövründə intiharlar azalsa da, müharibədən sonra artır. 100-dən çox ölkədə aparılan tədqiqatlar göstərir ki, intihar "yoluxucudur". Ona görə də intihar xəbərləri verilərkən detallara girilməməlidir. İntiharın metodu və yerini göstərmək, intihar məktubunun məzmununu paylaşmaq, intiharı cazibədar və romantikləşdirmək olmaz. Mütləq intihar səbəbini sadələşdirmək və ya spekulyasiya etmək lazımdır".
O deyib ki, bütün intihar cəhdləri ciddi qəbul olunmalıdır:
"Əgər cəhd özünəqəsdlə nəticələnməyibsə və şəxsin həyatı qurtarılıbsa, bunu xəbərə çevirmək olmaz".
O. Fərəcli bildirib ki, suisid zamanı kişilər qadınlarla müqayisədə daha qəddar üsullara əl atırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay