BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
15775

Yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 milyard 383,1 milyon manatlıq, o cümlədən 10 milyard 436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 946,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz artıb.

Bu ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 322,7 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 17,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.

Yarım ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin