BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
15720

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

Valyuta.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə Elmin Məmmədov nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məmmədov Elmin 1987-ci ildə Bakı şəhərində anadan olub. O, 2009-cu ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009 – 2010-cu illərdə Almaniyanın Saarland Universitetinin Avropa İnstitutunda Avropa hüququ ixtisası üzrə magistr pilləsində təhsil alıb.

E. Məmmədov 2010-cu ildə “GRATA” Beynəlxalq Hüquq Şirkətinin Azərbaycan ofisində məsləhətçi, 2011 – 2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2013 – 2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xarici iqtisadi əlaqələr şöbəsində məsləhətçi və aparıcı məsləhətçi, 2015 – 2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb. 

2020-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin Konstitusiya qanunvericiliyi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq şöbəsinin əvvəlki müdiri Bəxtiyar Məmmədova isə Aparat rəhbərinin müavini vəzifəsi həvalə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin