Dünya
16.07.2021 / 11:10
Argentinada inflyasiya bu il 25,3 faiz olub
15705
2021-ci ilin ilk yarısında Argentinada qiymətlərin bahalaşması 25,3 faiz təşkil edib.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu məlumatlar ölkənin Milli Statistika İnstitutu tərəfindən dərc edilib.
"İstehlakçı qiymətlərinin ümumi indeksi 2021-ci ilin iyun ayında 3,2 faiz, ilk altı ayında inflyasiya 25,3 faiz olub", - hesabatda deyilir.
Ən çox qiymətlər rabitə sahəsində artıb - 7 faiz. Qida məhsullarının dəyəri 3.2 faiz yüksəlib.
Argentina bir neçə ildir iqtisadi artım tempini bərpa edə bilmir və ən yüksək inflyasiya olan ölkələr sırasındadır. 2020-ci ilin sonunda bu rəqəm 36,1, 2019-cu ildə 53,8, 2018-ci ildə isə 47,6 faiz təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay