Səhiyyə
13.07.2021 / 16:48
Üçüncü doza vaksin kimlərə və nə zaman vurulmalıdır? (AÇIQLAMA)
15537
Azərbaycanda koronavirusa qarşı üçüncü doza vaksinin kimlərə və nə zaman vurulması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Valyuta.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu barədə Trend.az-a açıqlama verib.
R.Mahmudov bildirib ki, üçüncü doza vaksin 6 aydan sonra vurulmalıdır:
"İki doza vaksin vurulmuş insanlarda 6 aylıq müddət bitdikdən sonra yenidən vaksinasiyaya ehtiyac var. Bu dəfə yenidən iki doza deyil, bir doza vaksinin vurulması bütün dünyada yetərli hesab edilir”.
R.Mahmudovun fikrincə, Operativ Qərargah yanında müvafiq qurumlar yaxın gələcəkdə bütün bunlara aydınlıq gətirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay