BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
15511

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Bunun 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da qardaş Türkiyə Respublikasının “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin istehsalıdır. 

Bakı Nəqliyyat Agentliyindən Valyuta.az-a verilən məlumata görə, avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. 

Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb. 

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək. 

Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakı şəhərində avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki,  onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb. 

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirildi. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verildi. 

Məlumat üçün bildirək ki, 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcəkdir. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Qeyd edək ki, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır. Sərnişindaşımalara yatırılan sərmayə və düzgün yanaşma sayəsində həmçinin ötən beş ildə paytaxtımızda keçirilən mötəbər beynəlxalq tədbirlərin nəqliyyat əməliyyatlarının uğurlu icrası, elektrik kəsintisi və digər fövqəladə hallar, eləcə də davam etməkdə olan pandemiya zamanı ictimai nəqliyyatın dayanaqlılığı tam təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar-fevral

Kolbasadan dəmir çıxdı - AQTA araşdırmağa başladı

Türkiyə limon ixracını dayandırdı

Sabahın havası: 31 dərəcə isti...

Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

Paytaxt bazarlarında qeyri-mövsümi meyvələrin QİYMƏTLƏRİ

Üç məhkəmə hakimi vəzifəsindən azad ediləcək

İran Azərbaycana səfir təyin edəcək

​AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

​AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

Sabiq direktor müavini məhkəmədən qaçdı

10 manatla qurulan şirkət 3 ildən sonra ləğv edilir

Metroda iki stansiya birləşdirilir - 200 metrlik tunel inşa ediləcək

Onlar dövlət hesabına istirahətə gedə bilər - Vaxtında müraciət etməlidirlər

Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar? - AÇIQLAMA

Karyerasına müdir kimi başladı, sonra imtina etdi və... Seymur İlyasovdan KARYERA DƏRSİ - VİDEO MÜSAHİBƏ

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək

Eldar Əzizov yeni müavinin yerinə təyinat etdi (FOTO)

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Gözəllik salonlarında yoxlamalar başladı

Metroda böyük yenilik: Xətlər ayrılır, proses başladı

Miqrantların ən çox üz tutduqları Avropa ölkələri

Rusiyanın nəhəng dərman istehsalçısı Azərbaycan bazarından çıxır

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək - YENİLƏNİB

"Azercell" qiymətləri qaldırdı - 59 qəpik ödəməli olacağıq

"Azercell" qiymətləri qaldırdı - 59 qəpik ödəməli olacağıq

"Tesla"nın səhmləri 43% ucuzlaşıb - Şirkət dəyər itirir

Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - AÇIQLAMA

Bu BOKT-un müşahidə şurasının tərkibi təyin ediləcək

Bu peşə sahibləri həftədə 3 gün işləyəcək - Bill Qeyts açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin