Energetika
13.07.2021 / 13:11
IEA 2021-ci ildə neftə olan tələbatın artımı üzrə proqnozunu yüksəldib
15503
Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-2022-ci illər üçün qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişib.
Valyuta.az-ın IEA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2021-ci il üçün gündəlik neft tələbatının artımı üzrə 40 min barel yüksəldib, 2022-ci il üçün isə 60 min barel azaldıb.
Cari il üzrə proqnozun yüksəldilməsinin səbəbi kimi Çin, Küveyt və ABŞ kimi ölkələrdə gözləniləndən daha yüksək artımın qeydə alınması göstərilib.
Hesabata əsasən, 2021-ci ildə göstərici üzrə artım 5,4 mln. barel olacaq və gündəlik qlobal neft tələbatı 96,4 mln. barel təşkil edəcək. 2022-ci ildə artım 3 mln. barel olacaq və 99,5 mln. barel səviyyəsində qərarlaşacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay