Azərbaycan qazı nə zaman Rumıniyaya nəql olunacaq? – VAXT AÇIQLANDI
Azərbaycan qazı Rumıniyaya artıq gələn ilin iyulunadək Rumıniyaya çatdırıla bilər.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Rumıniyanın energetika naziri Vircil Popesku bildirib.
Onun sözlərinə görə, qazın Rumıniyaya nəqli Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisinin başa çatması ilə mümkün olacaq. Sonra isə Azərbaycan qazı BRUA kəməri ilə Rumıniyaya çatdıracaq.
Xatırladaq ki, Azərbaycan Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (Trans-Adriatık kəməri - TAP ) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlayıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay