Süveyş kanalının illik gəlirləri rekord həddə çatdı
Süveyş Kanalı İdarəsi 2020/21-ci maliyyə ilinin (iyun ayında bitib) hesabatını açıqlayıb. Hesabat dövründə gəlirlərin həcmi 5,84 mlrd. ABŞ dolları təşkil edib ki, bu da kanal tarixinin rekord göstəricisi hesab olunur. Bir il əvvəl gəlirlərin həcmi 5,72 mlrd. dollara bərabər olub.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Süveyş Kanalı İdarəsinin hesabatında deyilir.
Qeyd olunur ki, cari ilin mart ayında kanalın "Ever Given" konteyner gəmisi tərəfindən altı gün ərzində bağlanmasına baxmayaraq, 2021-ci ilin ilk yarısında gəlirlər illik ifadədə artıb və 3 mlrd. dollar təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Süveyş kanalından 9 763 gəmi keçib, bu da bir il əvvəlki dövrlə müqayisədə 2,3% çoxdur. İlin birinci yarısında kanaldan keçən gəmilərin ümumi xalis tonnajı 610,1 mln. ton təşkil edib ki, bu göstərici illik ifadədə 3,8% artıb. Maye qaz daşıyan gəmilərin sayı ilin birinci yarısında 24%, konteyner gəmiləri – 9,7%, avtomobil daşıyan gəmilər – 27,8%, quru yük gəmiləri isə 5% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay