“Paranoid şizofren” xəstəsinin pensiyası kəsildi: Həkimlər isə iddia edirlər ki… (VİDEO)
Mingəçevirdə yaşayan və 17 ildir təqaüd alan 2-ci qrup “paranoid şizofreniya” xəstəsinin pensiyası kəsilib.
Valyuta.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, həmin şəxsə 2004-cü ildən bəri 2-ci qrup əllilik dərəcəsi təyin edilib.
Həkimlər isə belə qənatə gəliblər ki, xəstə sağala bilər. Ailə isə bununla razılaşmır.
Mingəçevirdə yaşayan Ağdam rayonundan məcburi köçkün Rauf Babayev 2004-cü ildən Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri dispanserində qeydiyyatdadır. Həmin ildən ona xəstəliyinə uyğun olaraq 2-ci qrup əlillik dərəcəsi təyin edilib.
Bu illər ərzində Rauf Babayev Maştağada və Gəncə şəhərində yerləşən ruhi əsəb dispanserlərində müalicə alıb. Həyat yoldaşı deyir ki, Rauf Babayev müalicəsini davam etdirməsə, onda narahatlıqlar daha da artır. Amma buna baxmayaraq, ona iyul ayında əllik dərəcəsinin verilməsindən imtina gəlib.
Rauf Babayevin qonşuları da onun xəstəlikdən əziyyət çəkdiyini deyirlər. Onun uzun müddət müalicə aldığı Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserindən məsələyə münasibət öyrəndik.
Tibbi Sosial Ekspert Komissiyasının tələbi belədir ki, Rauf Babayevin əlavə müalicəyə ehtiyacı var.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirildi ki, Rauf Babayevin xəstəliyinin başlanma tarixi 1978-ci il olmasına baxmayaraq, səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş "Forma 88" arayışında onun yalnız 2015-ci və 2021-ci ildə stasionar müalicə aldığı barədə məlumat qeyd olunub. Bu səbəbdən onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı göndərişi həmin səhiyyə müəssisəsinə geri göndərilib.
Buna baxmayaraq, Rauf Babayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yerli TSEK-də əyani müayinə olunacaq, məhz bundan sonra onun əlilliyi ilə bağlı müvafiq qərar veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay