Səhiyyə
09.07.2021 / 18:28
TƏBİB: Səyahət zamanı kütləvi yerlərdə maska ilə qorunmaq lazımdır
15392
“Tənəffüslə yoluxan bir çox xəstəliklərə yaxın təmasda olduqda yoluxmaq olar”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva “Səyahət sağlamlığı” mövzusunda çıxışında deyib.
O bildirib ki, səyahət zamanı kütləvi yerlərə gedərkən, orada bir çox ölkədən insanların olduğunu nəzərə alaraq maska ilə qorunmaq çox yaxşı haldır.
Y. Qarayeva qeyd edib ki, yayda uşaqlarla səyahət zamanı xüsusi mazlar və məlhəmlər götürmək lazımdır:
“Bu zaman mazın iyi həşəratları bədəndən uzaqlaşdırır”,-deyə o əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay