BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
15335

İyun ayı ərzində daşınmaz əmlak bazarında ümumilikdə 2.24 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.94 %-lik qiymət artımı qeydə alınıb.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, bunu “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında iyunda 1.69 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.23 %-lik azalma müşahidə edilib:

“İlkin mənzil bazarında ay ərzində 1.24 %, il ərzində 1.61 % artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 3.8% artım, il ərzində 7.33 % artım qeydə alınıb. Kommersiya obyektləri bazarında ay ərzində 5.17 %-lik artım, ötən illə müqayisədə isə 14.7 %-lik artım müşahidə edilib. Torpaq bazarında isə ay ərzində 0.49 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.22%-lik azalma qeydə alınıb”.

Mənzillərin kirayəsinə gəlincə, ay ərzində 5.13 % artım olub, ötən ilin eyni dövrü ilə müqayisədə artım 11.24 %-dir:

“Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 11.5 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə 14.17 %-lik azalma var. Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 0.96 % artım, il ərzində 3.94 %-lik azalma qeydə alınıb. Tikinti malları bazarına gəlincə, ay ərzində 0.51 % artım, il ərzində 21.56 % artım var”.

 N.İbrahimov qiymət artımını ölkədə yaşayışın bahalaşması ilə əlaqələndirib:

“Əgər əvvəllər 1 ailə 1 ay üçün 800-1000 manata birtəhər ayı aya calayırdısa, artıq calaya bilmir. Nəzərə almaq lazımdır ki, tikinti materiallarının maya dəyərində artım var. Bu da sözsüz ki, digər sahələrə də öz təsirini göstərir. Digər tərəfdən, vergi, gömrük rüsumları artıb. Bir sözlə, Azərbaycanda hər şey bahalaşır, daşınmaz əmlak bazarı da ondan geri qalmaq istəmir”. 

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda bahalı evlərin 1 kvadratmetri 2951 manat, orta bahalıqda olan evlərin 1 kvadratmetri 1910 manat, ucuz evlərin 1 kvadratmetri isə 1321 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin