Xəbər
09.07.2021 / 11:24
İcra başçısının müavini işdən çıxarıldı
15329
Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.
Valyuta.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Lənkəran RİH-dən bildirilib.
Məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.
O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay