BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
15321

Bəzi hallarda mağazalara çörəyin paylanılması zamanı sanitar-gigiyenik qaydaların pozulması müşahidə olunur. Belə ki, zavoddan alınan çörək ticarət obyektlərinə minik avtomobillərinin yük yerlərində, arxa oturacaqların üzərində, arxa şüşənin önündə açıq şəkildə daşınır.

Valyuta.az xəbər verir ki, Trend.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov da çörəyin istehlakçılara çatdırılması ilə bağlı problemlərin yaşandığını bildirib.

Qeyd edib ki, həftə ərazində çörəyin daşınması ilə bağlı Azad İstehlakçılar Birliyinə 3-4 şikayət daxil olur: 

"Qida sənayesi ilə məşğul olan hər bir sahibkar qidanın tarladan, fermadan və ya zavoddan istehlakçıya çatdırılmasına qədər olan riskləri qiymətləndirməli və malın çirklənməsinin qarşısını almalıdır. Çörəyin xüsusiləşdirilməmiş avtomobillərdə necə gəldi daşınması, mağazaların qarşısına qoyulub gedilməsi, açıq vəziyyətdə saxlanması, bükülməməsi kimi böyük problemlər var. Belə hallar çörəyin çirklənməsinə gətirib çıxarır".

Birlik sədri onu da əlavə edib ki, ümumiyyətlə Nazirlər Kabinetinin 94 saylı Qərarına görə, əmtəə bazarında satılan hər bir ərzaq məhsulu qablaşdırılmalıdır: 

“Lakin biz çörəyin açıq satışına rast gəlirik. Düşünürəm ki, həm mağazalar belə çörəkləri qəbul etməməli, həm də istehlakçılar onu almamalıdırlar. Digər tərəfdən dövlət çörəyin qiymətinin artmamasına da nəzarət edir. Belə olan halda istehsalçılar onun çəkisini azaltmaq və ya nəmliyini artırmaqla xərclərini azaltmağa çalışırlar. Bu da istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir”.

Qida Təhlükəsizliyi Agentliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, əhalinin sağlamlığının qorunması istiqamətində sözügedən norma və qaydalara riayət edilməsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir: 

"Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır, qida məhsullarının istehsalı və satışı məntəqələrində əhalinin sağlamlığının qorunması istiqamətində müvafiq dövlət nəzarət tədbirləri həyata keçirilir. Dövlət nəzarət tədbirləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında qeyd olunan Agentliyin fəaliyyət istiqamələrinə uyğun olaraq həyata keçirilir".

Həmçinin, qeyd olunub ki, satış mərkəzlərində təqdim olunan un və un məmulatlarının istehsalı, satışı və s. ilə bağlı vətəndaşların hər hansı bir şikayəti olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin