TƏBİB-in tabeliyindəki bu quruma yeni sədr təyin olundu
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın sədri dəyişib.
Valyuta.az APA-ya istinadla xəbər verir ki bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın yaradılması, tərkibinin və əsasnaməsinin müzakirəsi və təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Komissiyanın sədri "Akademeik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini Telman İbadov təyin olunub.
Qeyd edək ki, Komissiyanın əvvəlki sədri pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyev olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay