EIA neft qiymətləri üzrə proqnozunu artırıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu yüksəldib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 68,78 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 3,59 dollar çoxdur.
Proqnoza görə, 2021-ci ilin ikinci yarısında "Brent" markalı neftin ortalama qiyməti 72 dollar səviyyəsində olacaq.
EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 66,64 dollar səviyyəsində olacağı gözlənilir (6,15 dollarlıq artım).
EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.
Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 65,85 dollar (ötən proqnoza əsasən 61,85 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 62,97 dollara çatacağı gözlənilir (öncəki proqnoz 56,74 dollar səviyyəsində olub).
Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay