TAP yaxın iki il ərzində tam gücünə çatacaq – BEA
Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) yaxın iki il ərzində illik 10 milyard kubmetr həcmində tam gücünə çatacaq.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatı yayımlanıb.
Hesabatda qeyd olunub ki, 2020-ci ildə Avropanın boru kəmərləri ilə qaz idxalı Rusiya, Şimali Afrika və İrandan idxalın kəskin azalması ilə əlaqədar 10 faizdən çox azalıb:
“2021-ci ildə boru kəmərləri ilə qaz tədarükünün 2019-cu il səviyyəsinə çatması gözlənilir. 2021-ci ilin birinci yarısında TAP vasitəsilə təxminən 3 milyard kubmetr qaz ixrac olunub ki, ilin sonunadək bu gösərici 5 milyard kubmetrədək çata bilər. 2021-2024-cü illərdə Avropaya boru kəməri ilə qaz nəqlinin 6 faiz artacağı gözlənilir. Buna, əsasən, regionda istehsalın sürətlə azalması səbəb olacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay