Koronavirusun Lambda variantının xüsusiyyətləri nələrdir? - FƏRQLİ ƏLAMƏTLƏR...
Koronavirusun Delta variantına görə İngiltərə və Rusiyada xəstəlik sayı artarkən, Peruda ilk dəfə 2020-ci ilin dekabrında aşkarlanan və C.37 adlandırılan Lambda variantı yayılmaqdadavam edir.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, koronavirusun Lambda variantı yeni mutasiyaların 100-də 80 faizini özündə birləşdirir. ÜST tərəfindən aparılan araşdırmaların nəticələrinə görə yeni mutasiya vaksinlərə qarşı daha dözümlüdür. Bundan əlavə olaraq isə Lambda virusu digər mutasiyalardan fərqli olaraq daha sürətli yayılır.
Virusun xəstəliyin daha ağır keçməsi ilə nəticələnəcəyi barədə aparılan elmi araşdırmalar hələ ki, təsdiqini tapmayıb.
Çilidə səhiyyə işçiləri tərəfindən götürülmüş nümunələr əsasında araşdırma aparılıb. Araşdırma nəticəsində Lambda variantının həm Alfa (Böyük Britaniya), həm də Gamma variantlarından daha yoluxucu olduğu aşkar edilib.
Qeyd edək ki, koronavirusun Lambda variantı 31 ölkədə 2223 nəfərdə müşahidə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay