BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
15047

"Hazırda Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində dünyada sürətlə yayılan "Delta” ştammı əlaqəli tədqiqatlar aparılır”.

Valyuta.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri xatırladıb ki, bir neçə ay əvvəl ölkədə "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi və bununla bağlı ictimaiyyətə də məlumat verildi.

R.Bayramlı bildirib ki, "Delta” ştammı artıq Azərbaycanla qonşu dövlətlərdə də qeydə alınıb:

"Bu səbəbdən yeni ştammın Azərbaycana keçmə ehtimalı böyükdür. Lakin bunun vaxtında aşkar olunması və profilaktik tədbirlərin görülməsi mütləqdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi yeni ştammı aşkar edə bilmələri üçün lazımi avadanlıqlarla təmin edilib. Xüsusi protokol da hazırlanıb. Protokola uyğun olaraq riskli ölkələrdən Azərbaycana daxil olan şəxslərdən nümunələr götürülür”.

O əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq xəstəliyi daha ağır formada keçirənlərdən, eləcə də epidemioloji nəzarətdə saxlanılan xəstəliyin artımı olduğu lokal bölgələrdən də genetik analizlər götürülür.

"Hazırda nümunələr toplanılıb və təqdim olunur, mütəmadi müayinələr də aparılır. Hesab edirəm ki, əgər yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim edə biləcəyik. Hər birimizin belə təhlükə ilə üz-üzə qalmağımızı unutmamalıyıq” – deyə Ramin Bayramlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin