BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14998

“Bakı Fond Birjasının açıqladığı yanvar-may aylarına aid statistik göstəricilərə nəzər salsaq, ölkədəki qiymətli kağızlarla olan ticarət həcminin 7 milyard manata yaxın təşkil etdiyini görərik. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə pandemiya şəraitinə baxmayaraq iki dəfəyə qədər artım deməkdir. Bu artımın əsas səbəbi kimi Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin isiqrazlarının ilkin bazarda olan artımını göstərə bilərik”.

Valyuta.az xəbər verir ki, Bu sözləri “Report”a bu ilin yanvar-may aylarında Azərbaycanın kapital bazarında gedən prosesləri şərh edən "PSG Kapital" investisiya şirkətinin aparıcı mütəxəssisi Anar Nəcəfzadə deyib.

A.Nəcəfzadə həm ilkin, həm də təkrar bazarda olan dəyişmələrdən söz açıb:

 “SOCAR istiqrazları növbəti beş ildə korporativ istiqrazlar bazarında əsas pay sahibi olacaq”

“Dövlət büdcəsinin keçən ildəkinə nisbətən daxili borclanmaya iki dəfədən çox getməsi və Mərkəzi Bankın pul siyasətinə uyğun olaraq not buraxılışında iki dəfədən çox artım göstərməsi qiymətli kağızlar bazarında ümumi həcmin iki dəfəyə yaxın artıma səbəb olmasına şərait yaradıb.

İlkin bazarda olduğu kimi dövlət qiymətli kağızlarının təkrar bazarında da bu ilin yanvar-may aylarında keçən ilin müvafiq dövrünə nisbətən artım olub. Belə ki, keçən il təkrar bazarda dövlət qiymətli kağızlarının 400 milyon manatdan bir az çox əməliyyat həcmi olmuşdusa, bu il bu rəqəm 600 milyon manatdan çox olub”.

Mütəxəssis qeyd edib ki, ölkədəki pandemiya şəraiti ən çox korporativ qiymətli kağızlar bazarına təsir edib:

“Korporativ qiymətli kağızlar bazarı üzrə ilkin və təkrar bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfədən çox azalma olub. Bunun əsas səbəbi də korporativ qiymətli kağızlar bazarında ilkin buraxılışların keçən illə müqayisədə daha az olmasıdır. Bu da müvafiq olaraq təkrar bazara öz təsirini göstərir və nəticədə təkrar bazarın əməliyyat həcmi də azalmış olur.

Bu ilin yanvar-may aylarında qiymətli kağızlarla repo əməliyyatlarının həcmində də üç dəfədən çox artım müşahidə olunub. Dövlət qiymətli kağızları üzrə ilkin bazarda bu il artımın olması avtomatik olaraq repo bazarına da öz təsirini göstərib. Ölkədə repo əməliyyatlarında əsas üstünlük təşkil edən kağızlar Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları hesab olunur. Dövlət qiymətli kağızlarının ilkin bazarı bu il keçən ilkinə nisbətən daha çox olduğu üçün repo əmıliyyatlarının həcmində də bu il artım müşahidə olunub”.

A.Nəcəfzadə bildirib ki, bu ilin buraxılacaq olan SOCAR istiqrazları bazara canlanma gətirəcək:

“Korporativ istiqrazlar bazarında olan geriləmədən sonra vəziyyətin bu ilin sentyabrında buraxılacaq olan yeni SOCAR-ın qiymətli kağızları ilə nisbətən canlanacağı gözlənilir. Belə ki, ölkədəki korporativ istiqrazlar bazarında SOCAR-ın buraxdığı dollar istiqrazları bazarda əsas pay sahibidir və 2016-cı ildə buraxılan istiqrazların son ödəniş tarixi bu il oktyabrın 17-nə planlaşdırılır. Bu istiqrazlar ödənməmiş sentyabr ayında yeni SOCAR istiqrazlarının buraxılışı nəzərdə tutulub. 2016-cı ildə 100 milyon ABŞ dolları ekvivalentində istiqraz buraxılmışdı. Bu il də bu qədər istiqrazın buraxılması gözlənilir. Sadəcə faizdə nisbi azalma planlaşdırlır. Belə ki, 2016-cı ildə kağızların 5 % gəlirliyi ilə buraxılmışdırsa, bu dəfə 4,5 %-lə olması nəzərdə tutulub. Növbəti bir beş ildə SOCAR istiqrazları ölkənin kapital bazarında əsas pay sahibi olacaq”.

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş meneceri Tahir Qəribov da kapital bazarındakı proseslərdən danışıb:

“Daxili bazarda investisiya alətləri dövlət tərəfindən sığortalanmır. Bunun nəticəsi olaraq, bank depozitlərinə nisbətdə, investisiya alətləri daha riskli yatırım hesab olunur”
“Keçən ilin təqribən noyabr ayından institusional investorların həm manat, həm də valyuta likvidliyinin yüksək olması müşahidə edilir. Bu da pandemiya fonunda banklar tərəfindən iqtisadiyyata kredit formasında vəsait qoyuluşunun məhdud olmasının nəticəsidir. Yəni, banklar istədikləri qədər kredit verə bilmirdi.

Nəticə olaraq, institusional investorlar tərəfindən qiymətli kağızlara, xüsusən, dövlət istiqrazlarına vəsaitlərin böyük axını müşahidə olundu. Bu da, öz növbəsində, dövlət qiymətli kağızlarına tələbin əhəmiyyətli dərəcədə artmasına və həmin investisiya aləti üzrə gəlirliyinin azalmasına səbəb olub”.

T.Qəribov son illərdən kapital bazarının genişlənməsini vurğulayıb:

“2015-ci ildən etibarən Azərbaycanda kapital bazarına olan maraq artmaqdadır. Artıq fiziki şəxslər də öz vəsaitlərinin bir hisssəsini investisiya alətlərində saxlayırlar. Əvvəlki kimi, Azərbaycanda fiziki şəxslər üçün ənənəvi investisiya aləti bank depozitidir. Həmçinin, Bank depozitləri dövlət tərəfindən sığortalanır. Digər tərəfdən, daxili bazarda investisiya alətləri dövlət tərəfindən sığortalanmır. Bunun nəticəsi olaraq, bank depozitlərinə nisbətdə, investisiya alətləri daha riskli yatırım hesab olunur.

İnstitusional investorlara nəzər yetirdikdə, banklar tərəfindən kredit verilişindən fərqli olaraq, vəsaitin investisiya alətlərində saxlanılması bankların kapitalına daha çox təziq göstərir. Sığorta şirkətləri üçün qiymətli kağızlara yatırım zamanı sığorta rezervlərinin saxlanılması qaydaları, banklara nisbətən, daha sərtdir. Bu requlyativ məsələlər korporativ qiymətli kağızlar bazarının inkişafına çətinliklər yaradır”.

Müsahibimiz qeyd edib ki, repo bazarında da bir neçə ildir ki, aktivlik müşahidə olunur:

“Bazarda aktiv oyunçularla yanaşı, investisiya şirkətləri də iştirak edir. Azərbaycanda repo əməliyyatları daha çox qısamüddətli investisiya, yəni pul bazarı aləti kimi çıxış edir. Çünki bazarda repodan başqa qısamüddətli investisiya aləti mövcud deyil.
Valyuta məsələlərinə gəldikdə, daxili bazarda həm fiziki, həm də hüquqi şəxslərin manata etibarının artdığını müşahidə edə bilərik. İndiki zamanda, əhalinin və təşkilatların öz vəsaitlərini manatda saxlamağa daha çox maraqlıdırlar. Buna əsas səbəb, manat gəlirliliyinin dollara nisbətdə daha çox olması və manatın devalvasiya riskinin aşağı olmasıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin