BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
14986

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “Yolumuz Qarabağa” adlı turizm marşrutları konsepsiyası hazırlanıb və təqdim olunub.

Valyuta.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

Sektor müdiri qeyd edib ki, konsepsiya üzrə “Yolumuz Füzuliyə” və “Yolumuz Ağdama” adlı iki əsas marşrut xətti seçilib.

Sektor müdirinin sözlərinə görə, turlar çərçivəsində bu gün Ağdamda səfər edilə biləcək ərazilər və paralel olaraq erməni vandalizminə məruz qalan yerlərin göstərilməsi nəzərdə tutulur:

“Turlar əsasında səngər və bunkerlərin, müəyyən qəbiristanlıqların nümayiş etdirilməsi planlaşdırılır. Konsepsiyaya əsasən, məqsəd ilkin olaraq daha çox dünya mediasına bu ərazilərlə bağlı məlumatların çatdırılmasıdır. Daha sonra isə Əlaqələndirmə Qərargahının rəyi ilə proses müzakirə ediləcək. Təhlükəsizlik səviyyəsi nəzərə alınmaqla mümkün olduğu zaman müvafiq marşrutlar üzərindən turlar təşkil olunacaq. Turların keçiriləcəyi tarix və şərtlər barədə isə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Elgün Cavadov vurğulayıb ki, turlarda həm yerli, həm də əcnəbi turistlər iştirak edə biləcəklər:

“Hazırkı mərhələdə müxtəlif qurumlar tərəfindən həmin ərazilərə media nümayəndələrinin səfərləri təşkil olunur. Səfərlər çərçivəsində marşrutlar təklif edirik. Bu marşrutlar hazırlanarkən müəyyən komponentlər nəzərə alınır. Bu zaman həm bu günə əlimizdə qalan milli sərvətlər, həm də erməni vandalizminin nümunələri göstərilir. Təklif etmişik ki, həmin ərazilərə həm yerli, həm də xarici media nümayəndələri cəlb olunsun. Gələcəkdə blogerlərin də ərazilərə səfərləri təşkil olunmaqla dünya ictimaiyyətinə mümkün qədər daha çox informasiyanın çatdırılması nəzərdə tutulur”.

Qarabağla əlaqədar məzmunların çoxaldılmasının əsas məqsədlərdən biri olduğunu deyən Turizm Agentliyi rəsmisi əlavə edib ki, post-müharibə dövründə müharibənin 30 illik işğalın nəticələrinin göstərilməsi üçün məzmun çoxaldılmalıdır:

“Bu gün xarici mediada və ya müxtəlif resurslarda erməni vandalizmi ilə bağlı məlumatlar kifayət qədər deyil. Xarici dildə olan məlumatların çoxu Azərbaycan dövləti tərəfindən verilmiş kontentlərdir”.

O qeyd edib ki, həmin marşrutlar yerli şirkətlərə açılacağı təqdirdə Dövlət Turizm Agentliyi də turlara qoşulacaq:

“Hər bir şirkət və nümayəndələrlə, eləcə də bələdçilərlə bağlı müəyyən qaydalar hazırlanıb və təqdim edilib. Turlar həmin qaydalar çərçivəsində baş tutacaq. Bu turlarda müəyyən qaydalara əsaslanan təlimlərdən keçmiş bələdçi, sürücü və tur təşkilatçıları iştirak edəcəklər. Yəni, proses sərbəst şəkildə olmayacaq. Hazırda layihəyə başlanılması real görünmür. Çünki, ərazidə infrastruktur layihələri aparılır. Görülən işlərə mane olmamaq, oradakı müəyyən yolların abadlaşdırılması baxımından ərazilərin minalardan təmizlənməsi təmin olunduqdan sonra turlara başlaya biləcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi - Anons

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin