Turizm
01.07.2021 / 18:46
Azərbaycan Turizm Bürosu: Sektordakı bahalaşmanı izləyirik
14957
“Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm bürosu turizm sektorunda müşahidə edilən bahalaşmanı izləyir”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Büronun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
“Qiymətlərin artması diqqətimizdədir, amma onları biz tənzimləmirik, tələb və təklifə uyğun tənzimlənir. Biz yalnız göstərilən xidmətlərin sayını artımağı təklif edirik”, - deyə o, qeyd edib.
“Turizmdən danışarkən koronavirusun (COVID-19) hələ də ətrafımızda olduğunu anlamalıyıq. Çox müsbət haldır ki, sərhədlər açılır. Pandemiyanın turizm sənayesinə vurduğu zərər böyükdür. Çalışmalıyıq ki, daxili turizmi inkişaf etdirək”, - deyə F. Zenqstşmid əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay