Turizm
01.07.2021 / 14:31
Turizm Agentliyinin rəsmisi: “Xocavəndlə bağlı layihələr gözlənilir”
14955
“Ağdam və Füzuli şəhərləri ilə bağlı müəyyən şəhərsalma konsepsiyaları hazırlanır”.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov danışıb.
O bildirib ki, bu prosesdə Dövlət Turizm Agentliyi də həmin bölgələrin turizm potensialının qiymətləndirilməsi və turizm potensialına aid olan müəyyən elementlərin konsepsiyalarda əks olunması ilə bağlı öz töhfəsini verib:
“Hələ ki, burada şəhərlər səviyyəsində olan konsepsiyalardan söhbət gedir. Xocavəndlə bağlı layihələr isə gözlənilir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay