Səhiyyə
01.07.2021 / 13:40
Virusa yoluxanlarda bu əlamətlər varsa: Delta ştammına yoluxub (VİDEO)
14946
Koronavirusun Delta variantına yoluxan şəxslərdə burun axıntısı, baş və boğaz ağrısı daha çox müşahidə edilir. Orta yaşlı insanlarda isə mədə-bağırsaq pozuntusu özünü büruzə verir.
Valyuta.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.
"Delta ştamının yoluxuculuğu yüksəkdir. Hətta açıq havada yaxın məsafədə olan insanlar da bir-birini yoluxdurmaq xüsusiyyətinə malikdir. Cərrahi maskalar isə bizi onsuz da 100 faiz qorumur. Bu ştammın digər xüsusiyyəti isə uşaqlar arasında yoluxmanın yüksək olmasıdır. Lakin uşaqlar arasında ölüm hallarında elə də ciddi nəticələr müşahidə edilməyib”, - o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay