BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
14815
Müzəffər Ağakərimov: “Müştərini aldadanlar ifşa olunmalıdır, adları çəkilməlidir ki, bunlar bizim xalqımızı aldadırlar”

 

İlyarımlıq pandemiya səbəbindən hər bir ölkədə daxili turizim aktuallaşmaqdadır. O cümlədən Azərbaycanda da artıq bir ildən çoxdur davam edən koronavirus pandemiyası səbəbindən ölkədaxili turizmə üstünlük verənlərin, yerli istirahət və tətil məkanlarını  seçənlərin sayı artıb. İnsaf naminə, turizm obyektləri də sürətlə artmaqda, nümunəvi təsislər yaranmaqdadır. Turizmin inkişafı üçün dövlət maksimum səylər göstərir, beynəlxalq təcrübə ilə bu istiqamətdə işlər aparılır.  

Bütün bunları həll etmədən təəssüf ki, daxili turizmi dirçəltmək nağıl olaraq qalacaq. Bəs çıxış yolu nədir?
Niyə bizdə xidmət mədəniyyəti formalaşmır, müştəri aldadılır? 

Hətta elə istirahət mərkəzləri var ki, müştərinin qabağına kərə yağı adı ilə marqarin qoyur, bulaşıq kənd yumurtasını təmizləmədən qaynadıb müştərinin önünə qoyur, ləkəli stəkanlarda çay süzür. Hotel otaqlarına təmizlik xidmətini çağırmaq əlavə bir məşəqqətə çevrilir, gələn xadimə isə hotelin dəhlizini, foyesini sildiyi silgi ilə məişət qovşağını da, otaqları da silir...

Qiymət siyasəti isə daha bərbaddir. Hesablanan qiymətdən əlavə, obyekt sahibinin müştərini nə dərəcədə “soyacağı” da narahat edən məqamdır. Əgər obyektə daxil olub sifariş verməzdən öncə qiymət soruşmamısınızsa, o zaman hesabı alarkən bütün yediyiniz burnunuzdan gələ bilər. Bəzən restoranlarda elə qiymətlər qoyulur ki, süfrəyə gələn yemək müştərinin boğazından keçmir. 

Marketdə 30 qəpiyə olan suyu 3 manata, kiloqramı 30 qəpik olan qarpızın iki dilimini 2 manata, hər meyvədən iki ədəd qoyub yaratdıqları “assorti”ni 5 manata təklif edən restoran sahibinin bir gündə varlanmaq istəyi ona gətirib çıxarır ki, bir gələn oraya bir də gəlmir. Azərbaycanın xidmət sektorunda nədənsə, əksər sahibkarlar müştəriyə birdəfəlik qurban kimi baxır, daimi müştəri qazanmağa can atmırlar.

Turagentlərin Bakıdan rayonlara getmək üçün internet üzərindən səfalı yerlərdə kotec, ev kirayələmək istəyənləri aldatması da başqa dərddir. Şəkillərdə göstərilən ev və ya koteclərə gedib yerində baxanda tamamilə başqa mənzərinin şahidi olursan...

Bütün bunlar xarici turistlərin başına gətiriləndə isə onlar nəinki Azərbaycan turizmindən narazı ayrılırlar, həm də millətimiz, xalqımız haqqında xoşagəlməz fikirlərlə gedirlər.

Bütün bunların şahidi olan insanlar isə artıq daxili turizmdən qaçmağa çalışırlar. Belə olan halda dövlətin turizm sahəsinə nəzarətinə,  maarifləndirici təlimlər, seminarlar keçirməsinə ehtiyac var. Eyni zamanda Türkiyə təcrübəsini öyrənmək, habelə Türkiyə ilə müştərək turzonalar yaratmaq yaxşı olar.

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ilk növbədə hər bir rayonda fəaliyyət göstərən sanitar-epidemioloji qurumlar öz vəzifələrini vicdanla yerinə yetirərlərsə, bölgələrdəki turizm obyektlərində sanitar vəziyyət, xidmət göstərənlərin gigiyenik təmizliyi ilə bağlı məsələ həllini tapar: 

“Mən 30 il ”İnturist"də işləmişəm, bizim orada həkimimiz var idi və hər gün xidmət göstərən personalın, ofisiantların,  dırnaqlarından corabının rənginə kimi, saç düzümünə, qulaqlarının içinə qədər diqqət edirdi, ayda 1 dəfə də maşın gəlirdi, ofisiantların, işçilərin ciyərlərini yoxlayırdı. Bu, böyük problem deyil, əgər həmin qurumlar öz fəaliyyətlərini yerinə yetirərlərsə, bu məsələ həll olunar. İkinci məsələ,  uniforma məsələsidir, menecerlər səviyyəli şəxslər olmalıdır ki, bunun əhəmiyyətini başa düşsünlər. Uniformanın olmaması böyük çatışmazlıqdır, ofisiantlar nə gəldi geyinirlər. Menecerlər ağıllı olsalar bilərlər ki, xadimələr, ofisiantlar, barmenlər uniforma geyinməlidir. Bu həm də onlarda məsuliyyət hissi yaradır, üzərində adı-soyadı da qeyd olunur".

Ekspertin sözlərinə görə, digər əsas məsələ qiymət siyasətidir: 

“Qiymət siyasəti elə qurulmalıdır ki, rəqabətə cavab  versin. Fəaliyyət göstərən obyektlər bilməlidir ki, yaxşı xidmət göstərməsə, qiymət baha olsa müştəri çıxıb başqa obyektə gedəcək.

Bunun üçün həm də 1 və 2 ulduzlu hotel və restoranlar da fəaliyyət göstərməlidir ki, qiymətlər münasib olsun, rəqabət yaransın, o cümlədən aztəminatlı insanlar da bu xidmətlərdən yararlana bilsinlər. Ancaq bizim sahibkarlar əsasən beşulduzlu hotel tikib bahalı qiymətlər qoymağa can atırlar, lakin o beşulduzlu hotelə normal kadr tapa bilmirlər, kadrların təlimi və treninqləri ilə məşğul olmağa 1 qəpik də pul xərcləmirlər. Bahalı geyimlər, bahalı avtomobil alır, ancaq 100 manat verib bir peşəkarı çağırıb o kadrları təlimə cəlb etmir. O kadrlara necə xidmət göstərmək, çəngəl-bıçağı necə qoymaq, qədəhləri necə düzmək, necə yığışdırmaq kimi məsələləri öyrətmir. Mətbəxdən danışsaq, bu lap problemli məsələdir, hotellərin mətbəxi pis vəziyyətdə olur, sanitar normalara cavab vermir. Bu dörd məsələni çox asanlıqla həll etmək olar".

Müştərini soymağa çalışanlara gəlincə, M.Ağakərimov vurğuladı ki, bu artıq  insanın nəfsindən irəli gəlir, nəfs ən böyük düşməndir: 

“Onların nəfsinin qarşısını almaq üçün dövlət qurumları da nəzarət etməlidir, təlimlər, maarifləndirmə işləri aparmalıdırlar. Müştərini aldadanlar ifşa olunmalıdır, mediada, sosial şəbəkələrdə onların adları çəkilməlidir ki, bunlar bizim xalqımızı aldadırlar, 1 manatlıq məhsulu 10 manata satırlar. Bunlar ictimailəşdirilməlidir və insanlar bilməlidirlər ki, həmin obyektə getmək lazım deyil. Bu sahəyə peşəkarlar, ekspertlər dəvət olunmalıdır, onlar yeni mütəxəssislər hazırlamalıdırlar. Bu işi bilən insanların potensialından istifadə etmək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu sahibkar xanım 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu tələbələrə təqaüd veriləcək - Nazir açıqladı

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin