BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
14797

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

"Report" xəbər verir ki, komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev iclası açaraq, “Ali təhsil haqqında” qanun layihəsi barədə məlumat verib. 

Komidə sədri bildirib ki, müzakirəyə çıxarılan layihə bilavasitə dövlət başçısı tərəfindən ali təhsilin qarşısında qoyulmuş məsələlərin dairəsini, rəqabət qabiliyyətli ali təhsil müəssisələrinin yaradılmasını, ölkədə gedən sürətli iqtisadi inkişafın kadr təminatının əsaslarını müəyyən edir.

Bəxtiyar Əliyev deyib ki, təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində, o cümlədən qəbul edilmiş dövlət proqramlarının hər birində ali təhsilin yeni normativ hüquqi bazasının yaradılmasının zəruriliyi bildirilir:

“Müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək”. 

Onun sözlərinə görə, bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı- Video

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

Son zəng necə keçirilməlidir? - Deputat

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Bakının tanınmış hotelinə direktor təyin edildi - FOTO

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? - Yeni araşdırma

Zamindən hansı hallarda vəsait tutula bilər?

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi®

"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi

Karyera yüksəlişinə mane olan gözlənilməz faktor açıqlandı

"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq

UNEC bu halda distant təhsilə keçəcək

UNEC bu halda distant təhsilə keçəcək

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - Borc qalmaqalı

"Nvidia" süni intellekt çipləri üçün vahid bazar yaradacaq

WSJ: Dünyada onlarla kriptovalyuta firmasının sahibi oğurlanıb

DTX əməliyyat keçirdi - terror təşkilatı ilə əlaqəli şəxslər saxlanıldı -VİDEO

"TikTok" yeniyetmələr üçün gecə meditasiya seansları təklif edəcək

Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib®

Sabah Bakıda hava yağmursuz olacaq

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin