
29.06.2021 / 18:12
Azərbaycan ötən il 167 elektromobil idxal edib
14793
“Azərbaycanda 2020-ci ildə 167 elektrikli avtomobil idxal olunub”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, bu rəqəm daha effektiv tədbirlərə ehtiyac olduğunu göstərir:
“Avropada 2020-ci ildə əvvəlki illə müqayisədə təxminən 38 faiz daxili yanma mühərrikli, benzinlə işləyən avtomobillərin idxalı azalıb. Eyni zamanda dizellə işləyən avtomobillərin satışı bir il ərzində 33 faiz azalıb. 2020-ci ildə digər illə müqayisədə elektromobillərin satışı 118 faiz artıb. Məsələn, Norveçdə ötən il satılan avtomobillərin 54,4 faizi elektromobil olub. Azərbaycanda isə ötən il bu rəqəm 0.3 faiz olub”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay