Gələcəyin üzən şəhərləri – “Konsept – Fotolar”
Belçikalı arxitektor Vinsent Kallebo müasir şəhərlərə alternativ kimi açıq okenda üzən şəhərlər yaratmağı təklif edir.
Valyuta.az Azvision.az-a istinadən xəbər verir ki, arxitektor, gələcəkdə belə şəhərlərin tikilməsinin qaçılmaz olacağı qənaətindədir:
“Çünki qlobal istiləşmə nəticəsində dünya okeanının səviyyəsinin qalxması milyonlarla “ekoloji qaçqınlar” ordusu yaradacaq”.
Arxitektorun fikrincə, okeandan qaçanları elə okeana da qaytarmaq lazımdır.
Müasir arxitekturada su səthində konstruksiyaların tikintisini ifadə edən xüsusi termin də var: Sistidinq (seasteading). Bu söz açıq dənizdə üzən və hansısa konkret ölkənin yurisdiksiyasından kənar olan yaşayış məskənlərini ifadə edir. Sistidinq konsepsiyasının ideyasını arxitektor və proqramçı Petri Fridman irəli sürüb.
50 min nəfərin yaşamasına hesablanmış bu cür şəhərlər mahiyyətcə üzən elektrik stansiyası ilə üfiqi hidroponik fermanın birləşməsindən idarətdir. Belə şəhərlərdə külək, qabarma, Günəş enerjilərindən istifadə etmək mümkündür.
Süni adaların örtüyü titan dioksidli poliefir liflərdən hazırlana bilər. Ada-şəhərlərin daxilində münasib mikroiqlimin formalaşması üçün sakit körfəzlərin, süni dağların yaradılması mümkündür.
Vinesnt Kallebo heç də hamının üzən adalara köçməsini təklif etmir. Bu, ehtiyat variant kimi nəzərdən keçirilir. Məsələ ondadır ki, bu şəhərlərdə qapalı istehsal tsikli təşkil etmək mümkün deyil. Amma texnoloji olaraq artıq belə şəhərlər tikmək üçün imkan var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay