Yeni mutasiyalara qarşı ən təsirli vaksin hansıdır? – Ekspert bu peyvəndi məsləhət gördü
Artıq bütün dünyada koronavirusun yeni ştammları yayılmaqdadır. Yeni mutasiyaların ən təhlükəlisi isə koronavirusun Hindistan və delta variantıdır.
Valyuta.az xəbər verir ki, mövcud sual ətrafında Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təqdim olunan vaksinlər içərisində “Pfizer” vaksininin daha təsirli olduğunu deyib:
"Gənclər virusun təhlükəli mutasiyasına yoluxsalar da bu vəziyyət onlar üçün riskli deyil. Lakin onlar da vaksinasiya olmalıdır ki, yeni növ mutasiyaya yoluxsalar, bu xəstəliyi başqasına keçirməsinlər. Koronavirusun delta variantı və eləcə də Hindistan ştammı üçün “Pfizer-BioNTech” vaksini daha yaxşıdır. Sinnovac vaksini də yeni ştamlara təsir edə bilər. Lakin bu vaksin yoluxduruculuğa qarşı ola bilmir”.
Ümumiyyətlə vaksinlər içərisində “Pfizer” vaksininin ən təsirlisi olduğunu deyən professor qeyd edib ki, RNT tipli bu vaksin sintetik tərkiblidir:
“Əvvəllər insan bədəninə gen gtransferi qadağan idi. Lakin indi pandemiya dövrü olduğu üçün gen transferinə üstünlük verir. ABŞ-ın 70 faizi hazırda Pfizer vaksininə üstünlük verib. Milyonlarla insan bu vaksinə üstün veribsə, demək ki, əks təsirlər yoxdur. Vaksinlərin güvənli olmasının yoxlanılması üçün illər lazımdır, lakin indi ona vaxt yoxdur. Buna görə də hazırkı dövr üçün təqdim olunan vaksinlərdən faydalanmaq lazımdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay