Böyük banklar işçilərini peyvənd olunmağa məcburi edəcəklər
ABŞ-ın sərmayə bankları "Morgan Stanley" və "JPMorgan", koronavirusa qarşı peyvənd edilməyən işçilərini ofislərinə girməsini qadağan etməyə hazırlaşır.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, "Morgan Stanley", peyvənd edilməyən personalının ofisə girməməsini və uzaqdan işə davam etməsini istəyir. Peyvənd edilən personal isə maska və məsafə tədbirləri olmadan çalışa biləcək.
Bank, "peyvənd vurdurmayan personalı ofisə buraxmamaq" siyasətində məqsədin maskaya və məsafəyə ehtiyac olmadan normal bir ofis mühiti yaratmaq olduğunu bildirib.
Ofisə dönüb-dönməməkdə tərəddüd edənlərə reaksiya verən "Morgan Stanley"in İdarə heyətinin sədri James Gorman, "Nyu-Yorkda bir restorana gedə bilirsinizsə, ofisə gələ bilərsiniz və sizi ofisdə istəyirik" deyib.
Gorman, ofislərdəki çalışanların 90%-dən çoxunun onsuz da peyvənd edilmiş olduğunu və bu nisbətin 100%-ə yaxınlaşmasını gözlədiyini söyləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay