BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
14482

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

DİM-dən Valyuta.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda aşağıda qeyd olunan kateqoriyaya aid abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini DİM-in saytındakı linkdən çap edirlər.

2. Mayın 20-də imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

İmtahanda ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

6 ay şərti ləğv olunur - Qanunda dəyişiklik

İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT

Bu evlərə "kupça" verilmir

1 milyard dollarlıq startap maliyyə çatışmazlığı yaşayır - İflasla üz-üzədir

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin