BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
14207

“SOCAR Methanol” MMC əsaslı təmirdən sonra may ayında metanol istehsalını bərpa edib. 

Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar metanol istehsalı cari ilin yanvar ayından aprel ayına qədər dayandırılmışdı. May ayında müəssisə fəaliyyətini tam gücü ilə bərpa edib”, - deyə məlumatda bildirilir.

May ayında müəssisədə 47,2 min ton metanol istehsal olunub. İstehsalın həcmi illik ifadədə (2021-ci ilin yanvar-may/2020-ci ilin yanvar-may ayları) 4,3 dəfə azalıb.

Bundan əlavə, iyunun 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 28,5 min ton metanol olub.

Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən məlumata görə, may ayında “SOCAR Methanol”da istehsal edilmiş məhsullar ixraca göndərilməyib.

2020-ci ildə “SOCAR Methanol” 476,6 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin göstəricisindən 24,4% çoxdur. 2021-ci il yanvarın 1-nə müəssisənin anbarında 4,2 min ton hazır məhsul olub.

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.

SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı (YENİLƏNİB)

Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişləndiriləcək

Reuters: Kanada Airbus-a Rusiya titanından istifadə etməyə icazə verdi

Sadıq Japarov: "Azərbaycan parlaq gələcəyini inamla qurur"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin