Ukrayna şəhəri azad olunmuş bu şəhərlə qardaşlaşmağa hazırdır
Ukraynanın Poltava şəhəri Azərbaycanın işğaldan azad edilmiş şəhərlərindən biri ilə qardaşlıq sazişi imzalamağa hazırdır.
Valyuta.az Report.az-a xəbər verir ki, bunu sözügedən şəhərin bələdiyyə başçısı Oleksandr Mamay bildirib.
“Azərbaycanın şəhərlərilə əlaqələrdən söhbət düşərkən adətən Bakı ilə dostlaşmağa üstünlük verirlər. Biz də Azərbaycan şəhərlərindən birilə məmnuniyyətlə qardaşlaşardıq. Bunu işğaldan azad edilmiş 30, 40, 50 min əhalisi olan hansısa şəhərlə edə bilərik. Məsələn, Gürcüstanın Borjomi şəhərilə on illərdir dostluq edirik, təmaslarımız var. Nümayəndə heyətlərimiz qarşılıqlı olaraq gedib-gəlir. İndi belə bir şərəfli fürsət yaransa, azad edilmiş şəhərlərin birinə böyük məmnuniyyətlə səfər edərdim” – deyə, ukraynalı mer qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay