Moskvada koronavirusun Hindistan ştammı tapıldı – “Sputnik V” təsirlidirmi?
Moskvada koronavirusun dəyişdirilmiş Hindistan ştammı tapılıb.
Valyuta.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə Gamaleya adına Mərkəzin rəhbəri Aleksandr Ginsburq məlumat verib.
Onun sözlərinə görə, hazırda Rusiyanın "Sputnik V” vaksininin bu ştamma qarşı effektivliyi ilə bağlı tədqiqatlar aparılır. Ginsburq preparatın Hindistan ştammına qarşı yüksək effektiflik nümayiş etdirdiyini qeyd edib.
Gamaleya adına Mərkəzin rəhbərinin açıqlamasına görə, "Sputnik V” çox böyük bir antitel konsentrasiyası ehtiyatı yaradaraq orqanizmi Hindistan ştammından qoruyur.
"Əgər söhbət vaksinin laboratoriya şəraitindəki effektivliyindən gedirsə, qeyd etməliyik ki, Uhan ştammlarından alınan zərdabla müqayisədə 1,4-2,4 dəfə azalma müşahidə olunur. Vəziyyət heç də kritik deyil”,- deyə Ginsburq bildirib.
Xatırladaq ki, iyunun 15-də Ginsburq Rusiyada koronavirusun Moskva ştammının meydana çıxması ehtimalı ilə çıxış etmişdi. Onun sözlərinə görə, Gamaleya adına Mərkəz "Sputnik V” nin virusun bu növünə qarşı effektivliyini öyrənir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay