Energetika
15.06.2021 / 15:51
Rusiyanın "Urals" neftinin qiyməti ilk dəfə 70 dolları keçib
13955
Avropada Rusiyanın "Urals" markalı xam neftinin bir barelinin qiyməti 2019-cu ilin may ayından bəri ilk dəfə 70 ABŞ dollarını keçib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Argus" beynəlxalq agentliyi xəbər verir.
Belə ki, 11 iyun tarixində "Urals"ın qiyməti Avropanın şimal-qərbində 70,1 dollara çatıb, 14 iyunda isə Aralıq dənizi bölgəsində bu göstəricini keçib.
Bundan əvvəl "Urals" nefti Avropanın Şimal-Qərb və Aralıq dənizi bölgələrində 70 dollardan yuxarı müvafiq 2019-cu ili mayın 28-də və həmin ilin mayın 22-də ticarət olunub.
Qeyd edək ki, 11 iyun tarixində "Brent" neftinin qiyməti 2019-cu ilin mayın 20-dən bəri ilk dəfə 73 dolları keçib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay