BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
13951

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur.

Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 31.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl - 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqi ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.

Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardı:

Şirkətin adı

VÖENİ-i

Hüquqi ünvanı

Nizamnamə kapitalı

Qeydiyyat tarixi

"MANTI LM GROUP"

1505345531

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

27 Yanvar 2021

"MADAGAR RF"

1306982751
 

YASAMAL RAYONU, ALATAVA 1 ev.145

2 manat

27 Yanvar 2021

"SEMRA SNG"

1405407581
 

NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9 m.4.

2 manat

27 Yanvar 2021

"LALENDE FM GROUP"

2006559021

XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, ELÇİN ƏLİYEV ev.4

2 manat

27 Yanvar 2021

"NGN GROUP"

1006848981
 

BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, Z.QƏMBƏROV DÖN. ev.2 m.2.

2 manat

28 Yanvar 2021

 Rzaquliyev İrşad Elham oğlu ilə bağlı diqqət çəkən başqa bir məqam var.

Belə ki, 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb.

Açıqlanan rəsmi məlumatda qeyd olunub ki, Rzaquliyev İrşad Elham oğlu Babayev Qəşəm Əliqəmən oğluna məxsus avtomobili Yəhya Bakuvi küçəsi 5 ünvanında oğurlayıb. Rzaquliyev İrşad Elham oğlu avtomobil ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Onun üzərindən narkotik maddə sayılan kakos aşkar edilib. Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.

Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını sadəcə içşərisində maqnitafonu satıb özü üçün narkotik vasitə alacağını bildirib. Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitədə əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Tenderin qalibi olan olan Rzaquliyev İrşad Elham oğlu ilə narkotik və avtomobil oğurluğuna görə saxlanılan Rzaquliyev İrşad Elham oğlunun eyni şəxs olub-olmadığını öyrənmək üçün Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman  Sadıqovla əlaqı saxladıq. Qurum rəsmisi bu bardə onda heç bir məlumatın olmadığını bildirməklə kifayətləndi. Pentensiar Xidmətdə tenderlərin keçirilməsinə məsul olan əməkdaşı isə məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də heç bir bir açıqlma verilmədi.

Yeri gəlmişkən onu da qeyd edək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin qeydiyatda olduğu ünvanda qısa müddət ərzində bir-neçə şirkət də qeydiyyata alınıb:

 

 

Şirkətin adı

Qanuni Təmsilçisi

Hüquqi ünvanı

Nizamnamə kapitalı

Qeydiyyat tarixi

"MANTI LM GROUP"

Rzaquliyev İrşad Elham

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

27 Yanvar 2021

"KODAG"

Vəliyev Şahin Nazim
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

1 Dekabr 2020

"NOEL MK"

Məmmədov Coşqun Mayıl
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

2 Dekabr 2020

"ZEFER 2020"

Məmmədov Coşqun Mayıl
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

4 Dekabr 2020

"LAÇIN ZƏFƏR"

Dadaşov Tural Balaqardaş
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

7 Dekabr 2020

"LİMPART 2021"

Salmanov Elvin Süleyman

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

14 Dekabr 2020

"ADOBE"

Zeynalov Mehman Mürsəl

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

14 Dekabr 2020

"ŞUŞA HOLDİNG LMN"

Qurbanov Vüqar Süleyman

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

11 Yanvar 2021

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin