
MTK-ların “kommunal xidmət” oyunu - Hüquqşünasdan vətəndaşlara XƏBƏRDARLIQ
Mənzil-Tikinti Kooperativlərinin (MTK) “kommunal xidmət”ə görə ödəniş tələb etməsi vətəndaşların narazılığına səbəb olub.
Valyuta.az Hit.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə vaxtaşırı bununla bağlı paylaşımlara rast gəlinir. Vətəndaşlar bildirir ki, MTK-lar inşa etdikləri binalarda onların cibinə uyğun olmayan “kommunal xidmət haqqı” tələb edirlər.
Hüquqşünas Əkrəm Həsənov da bu problemə toxunub.
Onun sözlərinə görə, MTK-lar prosesə kollektorları, vəkilləri də qoşur:
“Halbuki, MTK binanı sakinlərə təhvil verəndən sonra ləğv edilməli və bütün məsələlər sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti formasında həll edilməlidir”.
Əkrəm Həsənov əlavə edib ki, MTK-ların hər hansı xidmət göstərməyə hüququ yoxdur:
“Odur ki, onların bu tələbinə əməl etməyin. Sizi məhkəməyə versələr, öz qanunsuz fəaliyyətləri ifşa olunacaq. Binanıza sahib çıxın, binaya xidmət göstərəni özünüz seçin. Min cür oyundan çıxan MTK-ları isə tarixə qovuşdurun!”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay