"AmCham": Azərbaycanda biznes subyektlərinin ödəniş qabiliyyəti pisləşir
Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlar və kapital tələbləri ilə bağlı orta müddətli tənzimləmənin yumşaldılması strategiyası hazırlaması tövsiyə olunur.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.
“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirləri nəzərə alınmaqla əks-dövri tənzimləmənin qəbul edilməsi, eləcə də karantin tədbirləri müxtəlif seqmentlərə mənfi təsir göstərib. Bir çox biznes subyektləri hələ də fəaliyyət göstərmir və onların bərpası üçün uzun müddət tələb olunur. İqtisadiyyatın bu vəziyyəti bank sektorunda da özünü göstərib. Belə ki, biznes subyektlərinin ödəniş qabiliyyəti pisləşir. Hazırkı vəziyyət və növbəti il üzrə gözləntilərin mənfi olması nəzərə alındıqda, əks-dövri tənzimləmə iqtisadiyyatın bundan sonrakı inkişafında banklara dəstək ola bilər. AMB yuxarıda sadalanan məsələlərlə əlaqəli ehtiyatlar və kapital tələbləri ilə bağlı orta müddətli tənzimləmənin yumşaldılması strategiyasına malik olmalıdır”, - deyə sənəddə qeyd edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay