BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
13709

DİM rezidenturaya qəbul olmaq üçün ərizə qəbulunda iştirak edən namizədlər haqqında statistik məlumatlar və imtahan tarixlərini açıqlayıb.

DİM-dən Valyuta.az-a bildirilib ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olmaq istəyən namizədlərin qeydiyyatı mayın 26-dan iyunun 4-dək aparılıb.

Məlumata görə, bu müddət ərzində 2028 namizəd qeydiyyatdan keçib. Onlardan 931 nəfər əvvəlki illərdə məzun olan şəxslərdir. 646 nəfər cari ilin məzunu, 451 nəfər isə hazırda əsas (baza ali) tibb təhsilini davam etdirən və III kursu tam bitirmiş namizədlərdir. 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qaldığından, 2020-ci ildə 40 və daha çox bal toplayan namizədlər cari ildə bu imtahanda iştirak etmədən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Beləliklə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I cəhd) 1738 namizəd iştirak edəcək.

Ərizə qəbulunda iştirak edən namizədlərdən 1798 nəfər Azərbaycan, 2 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 55 nəfər Rusiya, 1 nəfər Qazaxıstan, 1 nəfər Çin, 1 nəfər Belorus və 31 nəfər Ukrayna universitetlərində təhsil alan (almış) şəxslərdir. 132 nəfər isə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunudur.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I cəhd) əvvəlcədən elan olunduğu kimi, 2021-ci il iyunun 20-də keçiriləcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) isə avqustun 4-də keçirilməsi nəzərdə tutulur.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən namizədlər buraxılırlar.

2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş rezidenturaya qəbul olunmaq hüququna malik namizədlərə də avqustun sonu (və ya sentyabrın əvvəli) yenidən ərizə verib imtahanın II mərhələsində iştirak etmələri üçün şərait yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin