Xəbər
10.06.2021 / 11:24
İcra başçısı deputatın xalası oğlunu yeni vəzifəyə təyin etdi
13635
Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.
Valyuta.az-ın Manşet.az-a istinadən verdiyi məlumata görə, A.Vəliyevin əmri ilə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlu vəzifəsindən azad olunaraq, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi təyin olunub.
Onun yerinə isə adıçəkilən vəzifəyə Səlimov Vidadi Əmirxan oğlu təyinat alıb.
Qeyd edək ki, V.Əsədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay