Dünya
09.06.2021 / 14:34
Rublun manata qarşı məzənnəsi 10 aylıq maksimuma çatıb
13587
İyunun 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3% artaraq 0,0236 manat təşkil edib ki, bu da ötən ilin iyul ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, rublun sonuncu dəfə bundan yüksək dəyəri ötən ilin iyulun 27-də qeydə alınmışdı – 0,0237 manat.
Qeyd edək ki, aprel ayından bəri rublun manata qarşı artan tendensiyası müşahidə olunur və sözügedən valyuta manata qarşı aprel ayından bəri 6% ətrafında dəyər qazanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay